Bilgəhdə qadın qeyri-rəsmi yaşadığı kişini qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib.  Bakı Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Sabunçu rayonu, Bilgəh qəsəbə sakini Valentina Filimonova dünən səhər saatlarında qeyri-rəsmi nikahda yaşadığı Konstantin Orlovu bıçaqla sinə nahiyəsindən vuraraq qətlə yetirib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

V. Filimonova  şübhəli şəxs qismində saxlanılıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv