Gəncədə avtobus "KamAZ"la toqquşub, xəsarət alanlar var
Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin şərq çıxacağında baş verib.
Şəhərdə 9 saylı xətt üzrə sərnişin daşıyan, şəhər sakini 1960-cı il təvəllüdlü İlqar Quliyevin idarə etdiyi “Hyundai” markalı avtobus Oğuz rayon sakini, 1958-ci il təvəllüdlü Aydın Atakişiyevin idarə etdiyi “”KamAZ” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir sərnişin xəsarətlər alıb. Sərnişin Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.