Azərbaycan və Rusiyanın müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Rossiya 24" kanalı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olub.

 

Müəllif | Apa.Tv
Apa.tv