Polis "Fənərbaxça"nın futbolçusunu öldürdü

Tanınmış futbolçu, 48 yaşlı Delian Atkinson elektroşok zərbəsi nəticəsində dünyasını dəyişib.

APA TV-nin məlumatına görə, gecə saatlarında Telford polisinə şübhəli şəxslə bağlı məlumat daxil olub. Polis həmin şəxsə elektroşok tətbiq etməyə məcbur olub. Nəticədə şübhəlinin ürəyi dayanıb. Daha sonra məlum olub ki, vəfat edən futbolçu Delian Atkinson imiş.

Qeyd edək ki, Atkinson peşəkar karyerasını 2001-ci ildə bildirib. O, “Aston Villa”, “Mançester Siti”, “Fenerbahçe” kimi klubların hücumçusu olub.   

 


 
Müəllif | Apa.Tv
Apa.tv