Dəhşətli qəza: gənc ata və ana dünyasını dəyişdi

Ötən gecə Bakı-Quba  yolunun Sumqayıtın  Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə  etdiyi  "Hyunday Elantra” markalı avtomobillə "Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib.  Məlumatı Sumqayıt Şəhər Polis İdarəsi təsdiqləyib.

 

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını  xilas etmək mümkün olmayıb. Ailənin iki azyaşlı övladı  var.

 

Faktla bağlı araşdırma  aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv