Lənkəranda 15 yaşlı gənc dənizdə batıb

Lənkəranda  15 yaşlı gənc dənizdə batıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə avqustun 15-də günorta saatlarında şəhərin “Kiçik bazar” adlanan ərazisində qeydə alınıb.

Rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə dənizdə çimərkən batıb. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri cəlb olunub. Lakin güclü külək əsdiyindən Elmar İslamzadənin cəsədinin sudan tapıb çıxarılması mümkün olmayıb. Axtarışlar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv