Avtomatı qəbiristanlıqda basdırdılar

Bakıdakı qəbiristanlıqdan avtomat tapılıb. Ədliyyə Nazirliyi Penitensiar Xidməti və 3 saylı istintaq təcridxanası əməliyyat işçilərinin Suraxanı rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Zığ qəsəbəsindəki qəbiristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd “AKS” tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb. İdarəyə gətirilən silaha baxış keçirilib. Odlu silah istifadəyə yararlı olub-olmamasını və ya bundan öncə hər hansı bir cinayətdə istifadə edilib-edilmədiyini yoxlamaq üçün ballistik ekspertizaya göndərilib.

 

Fakt üzrə Bakı şəhəri Suraxanı rayon Polis idarəsində araşdırma aparılır.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv