Dollar, avro, rubl, lirə, lari - BAHALAŞIR

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları növbəti dəfə bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 dollar 1,6124 manat təşkil edir.

 

Avro da manata nisbətən bahalaşır. Mərkəzi Bank avronun məzənnəsini 1,8057 manat olaraq açıqlayıb.

 

Rusiya rublu, türk lirəsi və gürcü larisi də manat qarşısında dəyər qazanıb. Rəsmi məzənnəyə əsasən, 1000 Rusiya rublu 25 manat 10 qəpik, 100 türk lirəsi 54 manat 82 qəpik, 100 gürcü larisi 69 manat 8 qəpikdir.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv