Bibiheybət yolunda ağır qəza: üç maşın toqquşdu, yaralanan var
Bakıda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA -nın məlumatına görə, bu gün saat 08.00 radələrində Səbail rayonu, Yeni Salyan şossesi 22 ünvanında, "Jurnalistlər binası"nın qarşısında 99-CD-653 dövlət nömrə nişanlı, "Mercedes" markalı, 99-AX-596 dövlət nömrə nişanlı, "Chevrolet" markalı və "Nissan" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "Nissan"ın sürücüsü ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır.