Prospektdə bir-birilərini bıçaqladılar - QƏTL

Nəsimi rayonu ərazisində qətl hadisəsi baş verib. Moskva prospektində üzərində zorakılıq əlamətləri olan 20-25 yaşlı kişi meyiti tapılıb. Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları qətlə yetirilən şəxsin Bakı şəhər sakini Vidadi Məmmədov olduğunu müəyyənləşdiriblər. Araşdırma zamanı Vidadi Məmmədovla paytaxt sakini Ümid Məmmədov arasında münaqişə baş verdiyi, bu şəxslərin bir-birinə  bıçaqla xəsarət yetirdikləri müəyyənləşib.  Ağır bıçaq yarası almış Ümid Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv