Meral Akşener MHP-dən xaric ediləcək - MÜRACİƏT

MHP rəhbər orqanları sədr postuna namizəd Meral Akşener, qurultayı keçirmək üçün məhkəmə qərarı ilə formalaşdırılan Qəyyum Heyətinin üzvləri Ayhan Erel, Ali Sağır və Mehmet Bilgiclə bağlı Mərkəzi Nəzarət Qurumuna müraciət edib. APA TV-nin məlumatına görə, müraciətdə bu şəxslərin Nizamnaməyə əsasən, partiyadan çıxarılması tələb olunur. Əgər Meral Akşener partiyadan xaric edilərsə, o zaman MHP sədri postuna namizədliyi avtomatik ləğv olunmuş sayılacaq. Bu, həm də Meral Akşenerin MHP-də siyasi fəaliyyətinin başa çatması deməkdir.

 

Müəllif | Apa.Tv
Apa.tv