Polis rəisi: "Suriya ərazisinə bir güllə atmayan FETÖ generalları xalqı aldadırdı"

"Suriyadan Türkiyə torpaqlarına atılan mərmilərə cavab verilmədiyi halda Silahlı Qüvvələrin Baş Qərargahı" artıqlaması ilə cavabı verildi" deyə açıqlama verirdi". APA TV-nin xəbərinə görə, bu fikirləri Şanlıurfa Polis İdarəsinin rəisi Eyüp Pınarbaşı bildirib.

 

2014-cü ildə Kobani hadisələri vaxtı hərbçilərin davamlı olaraq problem yaratdığını xatırladan Pınarbaşı sözünə belə davam edib: "O dövrdə bir gündə 12 top mərmisi atdılar. Sərhəddə hərbçilər var idi, ancaq komandanlıq heç bir şəkildə bu hücumlara cavab vermədi. "Qarşı tərəfə niyə cavab vermirsiniz" deyə soruşanda "Ora Suriya torpağıdır" dedilər". Amma axşam xəbərlərində "artıqlaması ilə cavab verildi" deyə Silahlı Qüvvələrin Baş Qərargahı açıqlama verirdi. Kökündən yalandır. Cəmiyyəti aldadırdılar. Heç bir cavab verilmirdi".

 

Qeyd edək ki, FETÖ üzvlərinin dövlət çevrilişinə cəhdindən sonra bölgədə xidmət edən generallar Adəm Huduti, Avni Angun, Emin Ayık, Mustafa Serdar Sevgili və Zeki Karataşın da aralarında olduğu 45 nəfər həbs olunub. Onların demək olar hamısı bölgədəki terrorla mübarizədən cavabdeh şəxslər olublar. 

Müəllif | Apa.Tv
Apa.tv