Daşkəsən və Ağstafaya yeni polis rəisləri təyin olundu

Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis mayoru Fəxrəddin Abbasov Daşkəsən rayon Polis Şöbəsinin rəisi təyin olunub. F. Abbasov yeni vəzifəyə təyinat almamışdan əvvəl Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

 

Qeyd edək ki, Daşkəsən RPŞ-nın əvvəlki rəisi Elsevər Aslanov daxili işlər nazirinin əmri ilə Ağstafa RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv