Süleyman Əliyarlı: "GÜLÜSTAN MÜQAVİLƏSİ ona görə imzalandı ki..."

Azərbaycan Tarixçiləri İctimai Birliyi “Gülüstan müqaviləsinin 200 illiyi: az öyrənilmiş tarix səhifələri regional geosiyasət baxımından” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə tarixçilər, ekspertlər və icmalçılar iştirak ediblər. Dəyirmi masanın məruzəçisi tarix elmlər doktoru, professor Süleyman Əliyarlı olub.

 

APA TV-nin xəbərinə görə, Süleyman Əliyarlı mövzu ətrafında geniş çıxış edərək bildirib ki, 200 il əvvəl imzalanan Gülüstan müqaviləsi bu gün ancaq tarixi əhəmiyyət kəsb edir, çünki Türkmənçay müqaviləsi imzalandıqdan sonra bu müqavilə öz qüvvəsini itirdi:

 

- Gülüstan və Türkmənçay müqavilələrinin başlıca məzmunu Güney Qafqaz ölkələrinin və xalqlarının Rusiya imperiyası tərəfindən tabe edilməsi, bu ölkələrin işğal edilməsi və imperiyanın tərkibinə qatılmasıdır.

 

Qeyd edək ki, Gülüstan müqaviləsi 1813-cü ilin 12 oktyabrında İran və Rusiya arasında imzalanıb. Bu sülh müqaviləsinin şərtlərinə əsasən, Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərti ilə yerdə qalan bütün xanlıqlar Rusiyaya verilib.

Müəllif | Apa.Tv