Şabranda "Shacman"la "Jiquli" toqquşdu: 5 yaralı
Gәndob-Yalama yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin şimal bürosunun verdiyi mәlumata görә, yolun Şabran rayonu әrazisindәn keçәn hissәsindә "Shacman" markalı yük maşını ilə "VAZ 2106" markalı avtomobil toqquşub.
Qәza nәticәsindә minik maşınında olan 5 nәfәr xәsarәt alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar çağırılan təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.