Dövlət Departamenti: “Gülənin ekstradisiyasına dair sənədlər nəzərdən keçirilir”

Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi siyasətlə əlaqəli deyil. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib. 

 

“Gülənin ekstradisiyası məsələsinin hər hansı siyasi proseslərlə heç bir əlaqəsi yoxdur. Bu məsələyə bizim Türkiyə ilə bağladığımız ekstradisiya haqqında saziş çərçivəsində baxılır”, - deyə o qeyd edib. Onun sözlərinə görə, ABŞ təqdim olunan sənədləri nəzərdən keçirir və bu proses müəyyən müddət tələb edir.     

 

Toner həmçinin Kerri və Çavuşoğlu arasında az əvvəl bu məsələnin müzakirə olunduğunu  xatırladıb.  

 

Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək.  Avqustun 23-24-də  nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv
Apa.tv