Həyətdə gəzirdi, ilan sancdı
Qazax rayon sakinini ilan sancıb. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Kəmərli kənd sakini, 1993-cü il təvəllüdlü Ramil Vasif oğlu Babayev yaşadığı evin həyətində gəzən zaman ilan onun sağ ayağından sancıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən 23 yaşlı gəncə ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.