Evini fahişəxanaya çevirdi, ələ keçdi

Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb. Rayon polis şöbəsindən APA TV-nin Qərb bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Şəmkir rayon sakini Nuriyyə Qurbanova qadınların əxlaqsızlıqla məşğul olmalarına şərait yaratdığına görə saxlanılıb.

 

Məlum olub ki, o rayona gələrək kirayə ev tutub və bir neçə qadını toplayaraq orada müəyyən pul müqabilində fahişəliklə məşğul olmağa şərait yaradıb. Saxlanılan qadın əməlini etiraf etməyib. O, Qazaxda kafelərdən birində ofisiant işlədiyini bildirib. Amma qadının evində qalan Gülər Məmmədova onun dediklərinin əksini söyləyərək faktı təsdiqləyib.

 

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv