Dollar, avro, rubl, lari, lirə bahalaşır - RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi növbəti dəfə artaraq 1,6164 manat təşkil edib. Avro manata nisbətən bahalaşıb, rəsmi məzənnəyə əsasən, bir avro 1,8212 manatdır. Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də manat qarşısında dəyər qazanıb. Mərkəzi Bankın açıqladığı məzənnəyə görə, 1000 Rusiya rublu 25 manat 30 qəpik, 100 türk lirəsi 55 manat 8 qəpik, 100 gürcü larisi 69 manat 49 qəpikdir.

 

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə işi hər gün yeniləyir. Bazar ertəsi üçün rəsmi məzənnə cümə günü müəyyənləşir. 

Müəllif | Apa.Tv
Apa.tv