Neftin qiyməti maksimuma çatdı və... ucuzlaşdı
Dünya bazarında neftin qiyməti stabilləşməkdədir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində birjalarda "Brent" markalı neftin bir barelinin maksimum qiyməti 49,33 dollar olub. Daha sonra müəyyən stabilləşmə yaranıb və qiymətlər aşağı düşməyə başlayıb. Səhər seanslarında "Brent" neftinin bir bareli 48,83 dollardan satılır ki, bu da dünənki qiymətdən 35 sent bahadır. Qərbi Texas nefti aylıq maksimumu növbəti dəfə yeniləyib. Son 24 saat ərzində birjalarda WTİ neftinin bir barelinin maksimum qiyməti 46,69 dollar olub. Səhər saatlarında keçirilən hərraclarda qiymət nisbətən ucuzlaşaraq 46,31 dollar təşkil edib.
Səhər seanslarında xam neftin ucuzlaşmasına təsir göstərən əsas amil ABŞ-da benzin ehtiyatlarının artmasına dair hesabatdır. Ölkədə hasil olunmuş xam neft ehtiyatlarının həcmi ötən həftəyə nisbətən 1 milyon barel azalsa da, benzin ehtiyatlarının həcmi 2,2 milyon barel artıb. Treyderlər bu faktorun həftə bu gün və sabah neftin qiymətinə neqativ təsir edəcəyini proqnozlaşdırır.