BQXK Naxçıvana keçərkən tutulan Ermənistan vətəndaşına baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Agetsyan Henrik Sayerbekoviçə baş çəkiblər.

 

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, saxlanılan şəxs ailəsinə məktub göndərib: “Ailəsinə məktub göndərilməsinə imkan yaradılıb, eyni zamanda ailəsindən ona məlumat çatdırılıb”.

 

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv