Gəncə sakini arvadını öldürdü, baldızını ağır yaraladı

Gəncədə ər arvadını qətlə yetirib, baldızına isə bıçaq xəsarətləri yetirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Cavad xan qəsəbəsində baş verən ailə münaqişəsi zəminində Ruslan adlı şəxs arvadı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı və baldızı, 1988-ci il təvəllüdlü Naibə Vəliyevanı bıçaqlayıb.

 

Hər iki qadın xəstəxanaya çatdırılsa da, Məhəbbət Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

 

Naibə Vəliyevaya tibbi yardım göstərilib, onun vəziyyətinin normal olduğu bildirilir.

 

Cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv