Bakıda sərnişin avtobusunda yanğın - HƏVƏSKAR ÇƏKİLİŞ
Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib. APA TV - nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.
Prospektlə üzü Zığ şosesi istiqamətində hərəkətdə olan "10 TE 797" dövlət qeydiyyat nişanlı, “MAN” markalı, 21 nömrəli marşrut avtobusunun təkər hissəsində qəfil alışma baş verib. Qatı tüstünün avtobusun içinə daxil olmasından sonra, sürücü sərnişinləri dərhal avtobusdan düşürüb və baş verən yanğına müdaxilə etməyə çalışıb.