BAKIDA TUTULAN GÜRCÜ OĞRU: "Gördüm, ev boşdur, girdim"

Bilal Əliyev, istintaq idarəsinin rəisi:

- Abşeron rayon Polis Şöbəsinin əməkdaşları xidmət apararkən bir nəfərin mənzildən əlində bağlama cıxdığının şahidi olublar.

 

Bu şəxsin şübhə doğurduğunu görən polis əməkdaşları əvvəl ona yaxınlaşırlar. Gürcü dilindən başqa hec nə anlamayan şəxs polisə qonşuluqda yaşadığını bildirir. Bağlamanın icindəkinin nədən ibarət olduğunu soruşan əməliyyatcıları yayındırmağa çalışan Artemon Ubiria şöbəyə aparılır. Araşdırma zamanı onun Mehdiabad qəsəbə sakini Qurban İsmayılovun evindən oğurluq etdiyi məlum olur.

 

Artemon Ubiria, saxlanılan şəxs:

-Gürcüstandan gəldik, qohumumla kirayə qalırdıq. İş axtarırdım. Gördüm, ev boşdur, girdim.  

 

İdarədən APA TV-yə bildirdilər ki, Artemondan başqa onun qohumu Dimitriy Qaxariya da polisə gətirilib. Onun oğurluqda iştrak edib-etmədiyi müəyyənləşdirilir. Polis heç bir yerdə işləməyən, kirayə yaşayan Gürcüstan vətəndaşlarının başqa oğurluqda iştrakını istisna etmədi. Araşdırma aparılır.

 

Müəllif | Apa.Tv