Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki həbs edilib
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Rio-de-Janeyroda həbs edilib. Braziliya mətbuatı həbsin qanunsuz bilet satışı ilə əlaqədar olduğunu yazıb. 71 yaşlı Patrik Xikki Olimpiya Oyunlarının biletlərini üçüncü şəxs vasitəsilə baha qiymətə satdırmaqda şübhəli bilinir. Bundan bir neçə gün əvvəl Rioda bir nəfər 800 qanunsuz biletlə yaxalanıb. Saxlanan şəxsin VİP yerlər üçün biletlərin hər birini 7800 dollardan satmaq istədiyi güman olunur.
Polis bildirib ki, onlar Patrik Hikkini həbs etməyə gələndə o, qaçmağa cəhd edib. Xatırladaq ki, Patrik Hikki həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.