Gəncədə yol qəzası: xəsarət alan var
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
“Mercedes” və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1990-cı il təvəllüdlü Rauf Rzayev müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.