Oğurladığı maşının rəngini dəyişdi, sürərkən ələ keçid
Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Muxtar Əsgərov ona məxsus “VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib. Rayon polis idarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini Əlibaba Quliyev saxlanılıb. İdarədə dindirilən Əlibala Quliyev törətdiyi əməli etiraf edib. Özünün maşın ustası olduğunu deyən şəxs avtomobili oğurladıqdan sonra başqa bir rənglə boyayaraq özünə məxsus avtomobil nömrəsini taxaraq idarə etdiyini deyir.
Araşdırmalar zamanı Əlibala Quliyevin qaçırılan avtomobilin dövlət qeydiyyat nişanlarını yaxınlığındakı zibilxanaya atması, sənədləri isə yandırması müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.