Dollar və rublun kursu dəyişmədi, avro, lari və lirə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, dolların məzənnəsi dəyişməyib. Rəsmi məzənnəyə əsasən 1 dollar yenə də 1,6164 manat səviyyəsində qalıb. Avro isə manata nisbətən 0,33 faiz bahalaşaraq 1,8272 manat olub. Rusiya rublunun kursu da dəyişməyib, Mərkəzi Bank 1000 rublunun məzənnəsini 25 manat 30 qəpik olaraq saxlayıb. Türkiyə lirəsi və Gürcüstan larisi isə manat qarşısında dəyər qazanıb. Hazırda 100 türk lirəsi 55 manat 36 qəpik, 100 gürcü larisi 69 manat 67 qəpikdir.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv