İstanbulda əməliyyat keçirilir, çoxlu sayda tanınmış iş adamı həbs olunub
İstanbulda Fəthullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi ilə əlaqədar araşdırma çərçivəsində geniş miqyaslı əməliyyat keçirilir. APA TV-nin xəbərinə görə, əməliyyat nəticəsində 187 şübhəli saxlanılıb. Əməliyyat daha çox terror təşkilatının maliyyə mənbələrini ortaya çıxarmaq məqsədi daşıdığından tutulanlar arasında böyük holdinqlərin rəhbərləri də var.
Əməliyyata minədək polis əməkdaşı cəlb olunub. Axtarış aparılan yerlər arasında TUSKON və ona üzv şirkətlər, həbs olunanlar arasında isə TUSKON rəhbəri Rzanur Meralın da olduğu qeyd olunur. İstanbulun qəsəbələrində ümumilikdə 100-ə yaxın ünvanda əməliyyat keçirilib. Aydınlı Qrup İdarə Heyətinin rəhbəri Ömər Faruk Kavurmaçının ev və iş yerində də əməliyyat keçirilib. Saxlanılanlar arasında Eroğlu Holdingin rəhbəri Nurəddin Eroğlu, "Güllüoğlu pastaneleri"nin sahibləri Faruk və Nejat Güllüoğlular da var. Bu iş adamlarının evlərində də axtarış aparılıb.