Aprel döyüşlərindən sonra Ermənistanda 94 hərbçiyə əlil statusu verilib

Son  4 ayda Ermənistanda  94 hərbçi əlil statusu alıb.  APA  TV-nin məlumatına görə,

Ermənistanın Həkim Sosial Ekspertiza Agentliyi bununla bağlı məlumat yayıb. Məlumata görə, təkcə bu ilin aprel ayının ilk 10 günlüyündə  14 hərbçiyə əlilik dərəcəsi verilib. 11 aprel-9 avqust tarixləri arasında isə bu rəqəm 94 nəfərə çatıb.  Qeyd edək ki, bu, son rəqəm deyil. Agentliyin xəbərinə görə, hələ  bir neçə hərbçi  aprel döyüşlərində əlil olsalar da, status almaqla bağlı müraciət etməyiblər. 

 

Müəllif | Apa.Tv
Apa.tv