İlber Ortaylı: "Gülən məktəblərində təhsilin səviyyəsi ilə bağlı deyilənlər şişirtmədir"

"Pensivaniyaya getdinizmi kimi suallarla heç bir nəticəyə nail ola bilmərik. Mən də Pensivaniyaya getmişəm, hamısını da tanıyıram. Hamısını gördüm, hamısının da içi boş adamlardır". Bu fikirləri tarixçi professor İlber Ortaylı deyib.

 

Telekanallardan birinin qonağı olan Ortaylı Fətullah Gülən məktəblərində təhsilin keyfiyyəti ilə bağlı fikirlərin şişirtmə olduğunu bildirib: "Bu qədər şişirtməyə ehtiyac yoxdur. Əvvəllər o məktəblərin açılması Türkiyədə bir yenilik idi. Xarici ölkələrə gedir, məktəblər açır, açdığı məktəblərdə adam yetişdirir. O məktəblər ilk mərhələdə uğurla fəaliyyət göstərirdi, bəlkə də indi fəaliyyətləri o qədər uğurlu deyil. Bəzi ölkələrdə gözləntilərim özünü doğrultmadı. Məsələn, türk dili baxımından, dini təhsil baxımından zəif və təhlükəli vəziyyətdə olan ölkələrdə bu məktəblərin o qədər güclü olmadığını gördüm. Məsələn, niyə Krımda bunların düz-əməlli bir məktəbi yox idi? İki-üç məktəbləri vardı, amma orada türklər oxumur. Makedoniyada, Kosovoda da eyni vəziyyəti gördüm. Şikayət edirdilər, deyirdilər ki, uşaqlarımızı bu məktəbdə oxuda bilmirik. Məlum oldu ki, hədəfləri başqa imiş, onsuz da əvvəldən də belə idi".

 

 

Müəllif | Apa.Tv
Apa.tv