Bakıda havanın hərarəti 38 dərəcəyə qalxacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun yarımadada gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz  35-37 dərəcə isti olacağı gözlənilir.

 

Nisbi rütubət gecə 60-70%, gündüz  25-45% təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərədə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz  24-29 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv