İstanbulda azərbaycanlı iş adamına silahlı hücum: ölən var

Türkiyənin İstanbul şəhərindəki Beşiktaş rayonunda azərbaycanlı iş adamı silahlı hücuma məruz qalıb. APA TV-nin məlumatına görə, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobilə iki silahlı şəxs hücum edib.

 

Oteldəki toplantıdan çıxan azərbaycanlı iş adamı Rövşən Əliyev və sürücüsü cavab atəşi açıb. Atışma zamanı iş adamı və sürücüsü ağır yaralanıb. Silahlı şəxslər hadisə yerindən qaçıblar.

 

Dərhal hadisə yerinə polis əməkdaşları və həkim briqadaları cəlb edilib. Rövşən Əliyev və sürücüsü xəstəxanaya çatdırılıb. Lakin sürücünün həyatını xilas etmək mümkün olmayıb.

 

Atışma zamanı iş adamının avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb.

 

Polis hadisə yerindən qaçan silahlıların axtarışlarına başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv