Vanda terror aktının görüntüləri TOY KAMERASINDA

Vanda dünən törədilən terror aktının dəhşətli anları toy kamerası tərəfindən qeydə alınıb. APA TV-nin "Anadolu" agentliyinə istinadən yaydığı məlumata görə, partlayış baş verən ərazinin yaxınlığında toy mərasimi keçirilirmiş. Kadrlarda bəylə gəlinin oynayan zaman qəfil partlayış baş verdiyi görünür.

 

Qeyd edək ki, PKK terrorçuları Türkiyənin Van vilayətində terror aktı törədiblər. Partlayıcı yüklü avtomobilin polis məntəqəsi yaxınlığında partladılması nəticəsində 3 mülki şəxs ölüb, 40 nəfər yaralanıb. Terror aktından sonra bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv