Yarımtikilidə narkotik bitki becərən şəxs saxlanıldı
Şirvan sakini həyətində narkotik tərkibli çətənə bitkisi yetişdirdiyinə görə saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis İdarəsinin keçirdikləri əməliyyat tədbirləri çərçivəsində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, Q. Məmmədov küçəsi 10/59 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Şıxəliyev Eldar Ağakərim oğlu saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilidə 20 ədəd narkotik tərkibli çətənə kolları yetişdirdiyi aşkarlanıb. Ekspertizanın ilkin rəyinə görə, narkotik tərkibli çətənə kolları yabanı halda deyil, aqrotexniki qaydada qulluq edilməklə becərilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.