Van və Elazığdan sonra Bitlisdə terror: 6 şəhid, 5 yaralı - YENİLƏNİB

Van və Elazığdan sonra Türkiyənin Bitlis vilayətində də terror aktı törədilib. APA TV-nin məlumatına görə, hadisə Bitlis vilayətinin Hizan qəsəbəsinə bağlı Gayda kəndi yaxınlarında baş verib. Yola döşənmiş minanın partladılması nəticəsində 5 hərbçi şəhid olub, 4 hərbçi yaralanıb. Partlayışı PKK  terrorçularının törətdiyi bildirilir.

 

Bitlisin Nazar kəndində isə terrorçularla hərbçilər arasında çıxan döyüşdə bir kənd qoruyucusu şəhid olub, bir əsgər yaralanıb. Yaralılar Bitlis Dövlət Xəstəxanasına çatdırılıb.

 

Terrorçuların məhv edilməsi üçün genişmiqyaslı əməliyyat keçirilir. 

Müəllif | Apa.Tv
Apa.tv