Binəli Yıldırım: "Elazığda yaralanan 217 nəfərdən 85-i polisdir"

Türkiyənin baş naziri Binəli Yıldırım Elazığda Polis İdarəsinin qarşısında törədilən terror aktından sonra bölgəyə gedib. APA TV-nin məlumatına görə, hadisə yerinə baxış keçirən baş nazir jurnalistlərə verdiyi açıqlamada terror aktı nəticəsində 3 şəhid və 217 yaralının olduğunu deyib. Onun sözlərinə görə, yaralılardan 72 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 145 yaralı ilə beş xəstəxanada həkim nəzarəti altındadır. Onlardan 85 nəfir polis, 60 nəfəri mülki şəxsdir. Baş nazir yaralılardan 20 nəfərin vəziyyətini ağır, 2 nəfərin vəziyyətinin isə çox ağır olduğunu deyib: "Gördüyünüz kimi, terror təşkilatları əl-ələ verib birgə çalışırlar. 15 iyulda uğursuz çevriliş cəhdindən sonra FETÖ terror təşkilatı iddiasını itirib və səlahiyyətlərini PKK-ya təhvil verib. Əvvəldən söylədiyimiz bir fikir var, bu terror təşkilatlarının başında eyni ağıl var".

 

Binəli Yıldırım terror aktının PKK tərəfindən törədildiyini təsdiqləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv