Sərnişin avtobusları ilə bağlı reyd keçirildi

İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay regional şöbəsinin əməkdaşları birgə olaraq İsmayıllı rayonu ərazisindəki avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi və avtoqəzaların qarşısının alınması məqsədilə reyd keçiriblər.

 

APA TV-nin yerli bürosunun xəbərinə İsmayıllı şəhərinin Heydər Əliyev prospekti və Nizami küçəsində təşkil olunan reyd zamanı polislərin bu dəfəki hədəfi sərnişin avtobusları olub. Reyd zamanı sərnişin avtobuslarının təmizliyi, fərqlənmə nişanları, texniki müayinə, biletli və biletsiz sərnişinlərin yoxlanılması və marşurut xətlərinə nəzarət edilib. Yol polisi əməkdaşları ilə avtomobil nəqliyyatı işçilərinin birgə keçirdiyi reyddə əsas məqsəd son zamanlarda respublika ərazisində sərnişin avtobuslarının iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayının artması və sərnişinlərin təhlükəsizliyinin təmin edilməməsi səbəb olub.

 

Yoxlamalar zamanı 7 sərnişin avtobusu saxlanılıb, nəzarət vaxtı 2 avtobusda natəmizlik, 2 avtobusda biletsiz sərnişin daşınması faktı aşkar olunub. Saxlanılan avtobus sürücülərinə müəyyən göstərişlər verilib. Bu cür reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

 

 

Müəllif | Apa.Tv
Apa.tv