Qazaxda çətənə kolları becərən şəxs saxlanılıb

Qazax rayonunda narkotik tərkibli narkotik vasitə olan çətənə kolları becərən şəxs saxlanılıb. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, Qazax rayon Polis Şöbəsinə Yuxarı Salahlı kənd sakini Mübariz Daşdıyevin kəndə yaxın ərazidə olan otlaq sahəsində çətənə kolları əkməsi ilə bağlı məlumat daxil olub. Əraziyə yollanan əməliyyat qrupu sözü gedən əraziyə baxış zaman yetişmiş vəziyyətdə olan, hündürlüyü orta hesabla 2 metrdən hündür, ümumi çəkisi 14 kiloqramdan çox olan 10 iri gövdəli çətənə kolları və onlara qulluq olunmasını sübut edən vasitələr aşkarlanıb.

Saxlanılan Daşdıyev Mübariz narkotik vasitəni əkib becərdiyini təsdiq edərək özü üçün istifadə etdiyini deyib. Onun avtomobilinə baxış zamanı yük yerindən çəkisi 1 kiloqram 785 qram olan iki çətənə kolu da aşkarlanıb.

Faktla bağlı rayon cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv