Rövşən Lənkəranskinin SON GÖRÜNTÜSÜ

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin  (Caniyevin)  cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.

 

Bu barədə APA-nın Türkiyə müxbirinə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

 

Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün hava limanında sənədləşmə aparılır.

 

Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.

 

Bundan əvvəl isə,  Rövşən Lənkəranskinin  (Caniyevin) cənazəsi İstanbuldakı Halkalı Zeynəbiyyə məscidində yuyulub və cənazə namazı qılınıb.  R.Lənkəranskinin son fotosu da yayılıb. Bu foto həkimlər  Rövşənin həyatı uğrunda mübarizə aparan anlarda naməlum müəllif tərəfindən çəkilib.

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv