"Qəbələ"dən qələbə - 3:1
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçirilib. APA TV-nin məlumatına görə, “Qəbələ” klubu qrup mərhələsinə gedən yoldakı son maneəni dəf etmək üçün Bakının “Dalğa Arena” stadionunda Sloveniyanın “Maribor” klubu ilə ilk qarşılaşmasına çıxıb.
Roman Qriqorçukun yetirmələri ötənilki uğuru təkrarlayıb. “Qırmızı-qaralar” pley-off mərhələsinin ilk oyununda rəqibi üzərində üzərində 3:1 hesabı ilə qələbə qazanıb.
Görüş komandamızın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsü ələ alan əyalət klubu bir neçə epizodda qeyri-dəqiq oynayıb. Buna baxmayaraq, ilk qolu qonaqlar vurub. 17-ci dəqiqədə Tavares fərqlənib.
Bundan 20 dəqiqə sonra isə Zenyov hesabı bərabərləşdirib və ilk hissə bu hesabla başa çatıb.
İkinci hissəyə də olduqca aktiv başlayan komandamız iki dəqiqəyə fərqi iki topa çatdırıb. Baqali Dabo 50 və 52-ci dəqiqələrdə vurduğu qollarla dubl edib.
Oyunun sonuna qədər "Qəbələ" hücumları davam etdirsə də, başqa qol olmayıb və təmsilçimiz 3:1 hesablı inamlı qələbə qazanıb.

v