“Qarabağ” İsveçdən məğlub qayıdır
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri baş tutub. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparıb.
İsveçdə “Höteborq” klubunun qonağı olan təmsilçimiz ilk oyun öncəsi cütün favoriti sayılsa da, meydanı məğlub tərk edib. Meydan sahibləri 56-cı dəqiqədə vurduqları qolla minimal hesablı qələbə qazanıb.
Komandalar arasında cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.