Kamran Şahsuvarlı bürünc medalla kifayətləndi
Rio Olimpiadasında boks yarışları davam edib. APA TV-nin saytının məlumatına görə, yığma komandamızın üzvü Kamran Şahsuvarlı yarımfinal mərhələsində mübarizə aparıb.
75 kq çəkidə mübarizə aparan boksçumuz daha yüksək əyarlı medal hədəfini isə reallaşdıra bilməyib. Kubalı Arlen Lopezlə döyüş gərgin mübarizə ilə yadda qalsa da, Kamran məğlubiyyətlə barışmalı olub. Hər üç raundda rəqibindən geri qalan gənc boksçumuz 0:3 hesabı ilə məğlub olub.
Buna baxmayaraq, o, boks yığmamızın ilk medalını rəsmiləşdirərək fəxri kürsüdə yer alıb.