Rövşən Lənkəranskinin cənazəsi Lənkərana gətirildi

İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin cənazəsi doğulub boya-başa çatdığı Lənkərana gətirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, cənazənin gətirildiyi İstanbul-Lənkəran xüsusi reysi ilə uçan təyyarə gecə saat 24.00 radələrində Lənkəran Beynəlxalq Hava Limanına enib. Cənazə şəhərin Kiçik Bazar məscidinə gətirilib. Rövşən Canıyev şəhərin Kiçik Bazar qəbiristanlığında ata-babasının yanında  dəfn olunacaq.

 

Qeyd edək ki, avqustun 17-dən 18-ə keçən gecə  Türkiyənin İstanbul şəhərində naməlum şəxslər tərəfindən güllələnmiş Rövşən Lənkəranski dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  

Müəllif | Apa.Tv