Dollar, avro, rubl və lari bahalaşdı, lirə ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, dolların məzənnəsi ötən günə nisbətən bahalaşıb. Rəsmi məzənnəyə əsasən 1 dollar 1,6204 manat olub. Avro da manata nisbətən 0,54 faiz bahalaşaraq 1,8370 manata yüksəlib. Rusiya rublunun kursu da bahalaşıb, Mərkəzi Bank 1000 rublunun məzənnəsini 25 manat 40 qəpik olaraq müəyyənləşdirib. Türkiyə lirəsi zəifləyib, Gürcüstan larisi isə manat qarşısında dəyər qazanıb. Hazırda 100 türk lirəsi 55 manat 18 qəpik, 100 gürcü larisi 71 manat 23 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır.