İŞİD lideri qadın paltarında qaçarkən ələ keçdi
İŞİD terror təşkilatının liderlərindən biri qadın paltarında yaxalanıb. APA TV-nin xəbərinə görə, təşkilatın Şimali Afrikadakı yüksək rütbəli liderlərindən olan Baz Məhəmməd Əfqanıstanda tutulub. O qadın paltarı geyinərək hökumət qüvvələrindən qaçmağa çalışarkən ələ keçib. Terrorçu Əfqanıstanın şimalındakı Cüzcan vilayətində ələ keçirilib. İŞİD-in "kölgə valisi" olaraq tanınan Baz Məhəmmədin bölgəyə terrorçu toplamaq üçün gəldiyi iddia olunur.
Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə qadın paltarı ilə qaçmağa çalışan İŞİD terrorçusu tutulub.