ABŞ İncirlikdən nüvə başlıqlarını Rumıniyaya daşıyıb - İDDİA

Türkiyənin İncirlik hərbi bazasında olan nüvə başlıqları xüsusi hərbi təyyarələrlə ölkədən çıxarılaraq Rumıniyaya aparılıb. APA TV-nin məlumatına görə, bu barədə İsrail mətbuatı yazıb. MOSSAD-a yaxınlığı ilə tanınan "Debka" saytı nüvə başlıqlarının Türkiyədən çıxarılmasının Yaxın Şərqdə gözlənilən proseslərlə bağlı ehtiyat tədbir kimi nəzərdə tutulduğunu iddia edir.

"Moskva İranda bir hərbi bazanın imkanlarından istifadə edərək son dərəcə sürətlə bölgədə mövqelərini möhkəmlədir, bununla da Suriyanın durumu yaxşılaşmış olur. Ballistik raketlər daşıyan Rusiya dönüş gəmiləri Aralıq dənizi və Xəzərdə növbə çəkir, bombardmançı və qırıcı təyyarələr ilə Suriya ərazisinə hərbi uçuşları genişləndirirlər".

DEBKA həbri mənbələrə istinadən Türkiyə-ABŞ danışıqlarında Ankaranın Vaşinqtona ciddi tələblər irəli sürdüyünü bildirir: "Bu tələblər qarşısında Vaşinqton 15 iyuldan əvvəl İncirlik hava limanında olan pilot sayını 1500 nəfərədək azaldıb, nüvə silahı deposunu isə təhlükəsizlik səbəbilə başqa ölkəyə daşımağa qərar verib. Xatırladaq ki, İncirlik hava limanından səmaya qalxan təyyarələr Suriya ərazisində İŞİD mövqelərini bombalayırlar. Bəzi iddialara görə, Türkiyə həmin nüvə başlıqlarına sahib olmaq istəyir, ABŞ isə buna qarşı çıxır".

DEBKA hazırda İncirlik hava limanında olan amerikalı pilotlara 15 iyul çevriliş cəhdindən sonra hərbi bazadan kənara çıxmaq qadağasının qoyulduğunu yazıb. Nəşr avqustun 8-də Sankt-Peterburqda keçirilən görüşdən sonra Rusiyanın döyüş təyyarələrinə İncirlik hava limanından istifadə imkanları verilə biləcəyini yazıb.

 

Müəllif | Apa.Tv
Apa.tv