İstanbul Universitetində əməliyyat: 62 müəllim və professor həbs olundu

Gülən camaatına qarşı keçirilən əməliyyatlar çərçivəsində İstanbul Universitetində 62 müəllim və professor həbs edilib. APA TV-nin məlumatına görə, həbsləri İstanbul Prokurorluğunun terrorizmə və mütəşəkkil cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməkdaşları həyata keçiriblər. Səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin otaqlarında axtarışlar da aparılıb. Saxlanılan şəxslər arasında çoxlu sayda professor var. 15 iyulda çevrilişə cəhddən sonra İstanbul Universitetində 95 müəllim işdən çıxarılıb, 31 müəllim isə həbs olunub. Bugünkü əməliyyatla həbs olunanların sayı 93 nəfərə çatıb. 

Müəllif | Apa.Tv
Apa.tv