Usta ev sahibəsini hədələdi, pul və qızıllarını alaraq qaçdı

Bakıda usta işlədiyi evin sahibəsinə qarşı quldurluq cinayəti törədib.

 

APA TV-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Nəsimi rayonu ərazisində yaşayan Ulduz Rüstəmova 20-ci Polis Bölməsinə müraciət edərək avqustun 2-də evində usta işləmiş Akif adlı şəxsin onu bıçaqla hədələyib 270 manat pulunu, qızıl üzüyünü və 1 cüt qızıl sırğasını aldığını bildirib.

 

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akif Vəzirov tutulub.

 

Faktla bağlı Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv