Ağsuda 9 otaqlı ev külə döndü

Ağsu rayonunda fərdi yaşayş evi yanıb. Hadisə ötən gecə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb. APA TV-nin yerli bürosunun xəbərinə görə kənd sakini, 1953-cü il təvəllüdlü Şirinov Əkbər Abış oğluna məxsus mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 182 kvadratmetr olan 9 otaqlı və iki mərtəbəli fərdi yaşayış evi içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.

 

Məlumata görə, ev sahibi yanğın hadisəsindən gec xəbər tutub. Hadisə barədə yanğından mühafizə hissəsinə qonşular məlumat veriblər. Yanğından mühafizə hissəsinə vaxtında məlumat verilmədiyi üçün ev tamamilə yanaraq külə dönüb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı isə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv